NATO alyansına daxil olan Rumıniyada bir həftə ərzində ikinci dəfə Rusiya pilotsuz təyyarəsinin qalıqları aşkar edilib. Çox güman ki, onlar Rusiyanın Ukraynanın Odessa vilayətinə endirdiyi zərbədən sonra ora düşüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Azadlıq” radiosunun Rumıniya xidməti məlumat yayıb.
Təyyarənin qalıqları Ukrayna ilə həmsərhəd Plauru kəndi yaxınlığında aşkar edilib.
Bu arada “Digi-24” kanalı yerli sakinlərin dəfələrlə Rusiya pilotsuz təyyarələrindən şikayət etdikləri bildirilir.
Deyilənlərə görə, yerli hakimiyyət orqanları müvəqqəti olaraq evlərini tərk etmək istəyənlərə təkliflər də edib.
Ölkə prezidenti Klaus İohannis Rusiyanın suveren hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib. O, Rusiyanın Ukrayna əhalisinə və mülki infrastruktura, o cümlədən sərhədyanı ərazilərə hücumlarını hərbi cinayət hesab etdiyini bəyan edib.
İohannis dəfələrlə Rusiyanın hücumlarını ölkə əhalisi üçün təhlükə hesab etdiyini bildirib.
Qeyd edək ki, Rumıniya prezidenti NATO-nun baş katibi Yens Stoltenberqlə də vəziyyəti müzakirə edib. Stoltenberq, İttifaqın Buxarestlə həmrəyliyini təsdiqləyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB