Vaxtilə Krımda Vladimir Putinin daçasını qoruyan Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı xidməti tərk edərək Ekvadora qaçmağı bacarıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda Putini cinayətkar adlandıran keçmiş mühafizəçi, Ukraynadakı müharibənin əleyhinə olduğunu deyir.
Beləliklə, ailəsi ilə birlikdə Kamçatkadan ilhaq edilərək Krıma köçürülən Vitali Brijatı, sonradan çevik polisdə işə düzəlib. Daha sonra isə Federal Mühafizə Xidmətində kinoloji təlimatçı kimi işləyib.
O, Krımın cənub sahilindəki Oliva kəndində Putinin daçasını qoruyub. Qonşuluqda Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun də daçaları olub.
Brijatının dediyinə görə, Putin, prezidentin yaxınlığında olub olmadığını bilməyən heç kimə, ən yaxın keşikçisinə və hətta gözətçisinə belə etibar etmir.
Onun sözlərinə görə, Putinin Krıma səfərləri zamanı onun gəlişi bir anda iki hava limanında elan olunur - Sevastopol və Simferopol, aralarındakı məsafə 100 kilometrdən çoxdur.
Lakin sonradan prezidentin digər nəqliyyatla, məsələn dəniz yolu ilə gəldiyi məlum olur.
Keçmiş mühafizəçi deyir ki, Rusiyanın Ukraynaya müdaxiləsindən, Federal Təhlükəsizlik Xidməti işçilərinə Ukrayna qohumları ilə ünsiyyət qurmaq qadağan edilib.
Maraqlıdır ki, Ekvadora bir növ həyat yoldaşının köməyi ilə gedə bilən Brijatı, əvvəl özü də xidmətdən çıxmağa çalışıb. Amma o, müharibəyə göndərməklə hədələnib.
Daha sonra gizli şəkildə işindən pasport ala bilən Brijatı, Ekvadorda ixtisaslı bir işçi olaraq “təqdim olunan” həyat yoldaşının köməyi ilə aradan çıxa bilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB