Oktyabrın 27-dən etibarən Asiya-Sakit Okean regionunun ən böyük maliyyə qruplarından biri olan Honkonq və Şanxay Bank Korporasiyası (HSBC) Belarus və Rusiyadakı korporativ müştərilər üçün daxil olan və gedən köçürmə xidmətlərini göstərməyi dayandıracaq.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri cümə günü, sentyabrın 8-də “Nikkei Asia” mənbələrinə istinadən yayıb.
Jurnalistlərin sözlərinə görə, hazırda HSBC bank qrupunun bölmələrinin müştərilərinə xidmətlərin dayandırılması ilə bağlı bildirişlər göndərilir. Onlar qərarın tənzimləmə vəziyyətinin mürəkkəbləşməsi səbəbindən verildiyini göstərir.
Qeyd edək ki, bu vaxta qədər HSBC-nin Honq-Konqdakı bütün korporativ müştəriləri Böyük Britaniya və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara baxmayaraq, Belarus və Rusiyadan ödənişlər göndərə və ya qəbul edə bilirdilər.
Qeyd edək ki, bundan əvvəl Bank Prosessinq Mərkəzi sentyabrın 9-na keçən gecə bəzi bank kartlarının işləməyə biləcəyi barədə məlumat vermişdi. Mərkəzin aparat-proqram kompleksində texnoloji işlərin görülməsi nəzərdə tutulub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB