İstanbul Hava Limanın uçuş sayına görə Avropada lider olub

İstanbul Hava Limanın uçuş sayına görə Avropada lider olub

İstanbul Hava Limanı 21-27 avqust tarixləri arasında gündə orta hesabla 1523 uçuşla Avropanın ən işlək hava limanı oldu.

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı – “EUROCONTROL” 21-27 avqust tarixlərinə dair Avropa Aviasiya Hesabatını dərc edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1523 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

Müvafiq dövrdə Amsterdamın Schiphol hava limanından 1382 və Parisin ''Şarl de Qoll'' hava limanında 1377 uçuş həyata keçirilib.

Sözügedən hesabata görə, ''Türk Hava Yolları'' bu tarixlər ərzində gündə 1642 uçuş həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə