İranın siyasi lideri İrəvana regionda vəziyyətin gərginləşməsinə səbəb olan bir sıra addımlar atdığına diqqət çəkib.
SİA-nın əldə etdiyi məlumata görə Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla danışıqlar aparan İran prezidenti İbrahim Rəisi həmsöhbətinə İrəvanın ikitərəfli dialoqun qurulmasına səbəb olmayan bir sıra addımlar atdığını qeyd edib.
“...3+3 formatından kənar ünsiyyət, eləcə də əcnəbilərlə əməkdaşlıq, xüsusən də ABŞ-la hərbi təlimlər vəziyyəti çətinləşdirir”.
Bunları bəyan edən İbrahim Rəisi, daha sonra Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfərləri də qarşılıqlı anlaşmanın yaranmasına kömək etmədiyini deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB