1000-i ötdü...

...Son məlumatlara görə, Mərakeşdə baş verən zəlzələ 1037 nəfərin həyatına son qoyub. Bu barədə dövlət televiziyası ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

SİA daha 1200 nəfərin yaralandığı barədə də xəbər əldə edib.

“Reuters”in hesablamalarına görə, cümə günü axşam saatlarında Yüksək Atlas dağ silsiləsində baş verən yeraltı təkanların gücü 7,2 bal təşkil edib. Bundan əvvəl ABŞ Geoloji Xidmətinin ilkin hesablamalarına istinadən, maqnitudanın 6,8 bal olduğu və sonrakı yeraltı təkanların daha az gücə malik olduğu bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə