G20 sammitinin iştirakçıları yekun bəyannaməni razılaşdıra biliblər

G20 sammitinin iştirakçıları yekun bəyannaməni razılaşdıra biliblər

Hazırda G20-yə sədrlik edən Hindistanın baş naziri Narendra Modi bildirib ki, G20 iştirakçıları bu həftə sonu Yeni Dehlidə keçirilən qrupun sammitində bəyannaməni razılaşdıra biliblər.

SİA-nın əldə etdiyi məlumata görə, Modi həmçinin əsas mübahisənin Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı olan sənədin qəbul edildiyini açıqlayıb.

Hindistanlı baş nazir sənədlə bağlı razılaşmanı “zəhmətin nəticəsi” adlandırıb.

Yeri gəlmişkən, “Reuters”, bəyannamənin məzmununun daha sonra ictimaiyyətə açıqlanması planlaşdırılan birgə kommünikedən bəzi çıxarışları təqdim edir.

Ukraynaya gəldikdə isə, mətndə qeyd olunur ki, bütün dövlətlər BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməlidirlər. Həmçinin qeyd olunur ki, təhdidlərdən çəkinmək, istənilən dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi prinsipinə əməl etmək lazımdır. Nüvə silahından istifadənin və ya istifadə hədələrinin yolverilməzliyi ayrıca vurğulanır. Sənəddə qeyd olunur ki, “Ukrayna böhranı ilə bağlı vəziyyətə müxtəlif baxışlar və qiymətləndirmələr olub”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə