Omsk vilayətində sərnişin dolu avtobus xəndəyə düşüb

Omsk vilayətində sərnişin dolu avtobus xəndəyə düşüb

Rusiya Federasiyasının Omsk vilayətində avtobusun xəndəyə düşüb aşması nəticəsində 7 nəfər xəstəxanaya yerləşdirilib.

SİA-nın “MVD-media”dan əldə etdiyi məlumata görə, Omsk vilayətində kəndin yaxınlığında “PAZ” markalı sərnişin avtobusu sürüşərək kanala aşıb.

Qəza şənbə günü, sentyabrın 9-da yerli vaxtla saat 16:00 radələrində qeydə alınıb. İlkin məlumata görə, avtobus sürücüsü idarəetməni itirib. Qəza zamanı avtobusda 8 sərnişin olub.

Qəza nəticəsində sürücü və ikisi uşaq olmaqla yeddi sərnişinə tibbi yardım lazım olub. Xəsarət alan sərnişinlər xəstəxanaya yerləşdiriliblər.

Qəza ilə bağlı araşdırmalara başlanılıb, araşdırma zamanı hadisənin bütün şəraiti və səbəbləri müəyyən ediləcək.

Xatırladaq ki, bir müddət bundan əvvəl Başqırdıstanda sərnişin dolu avtobus dayanacaqda duranları vurmuşdu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə