“Fitch Ratings” agentliyi Türkiyenin kredit reytinqini açıqlayıb

“Fitch Ratings” agentliyi Türkiyenin kredit reytinqini açıqlayıb

Beynəlxalq “Fitch Ratings” agentliyi Türkiyenin kredit reytinqini açıqlayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” Türkiyenin kredit reytinqini “B”, proqnozunu isə ''stabil'' olaraq təsdiqləyib.
Bu barədə beynəlxalq “Fitch Ratings” agentliyindən verilən bəyanatda bildirilib.
''Fitch Ratings''in bəyanatında bildirilib ki, iqtisadi inkişafın 2023-cü ildə 4,3 faiz, 2024-cü ildə isə 3 faiz olacağı gözlənilir.
Bəyanatda Türkiyenin seçkilərdən sonra NATO müttəfiqləri ilə münasibətləri yaxşılaşdırmaq üçün sürətli addım atdığı, Avropa İttifaqı ilə Gömrük Birliyinin yenilənməsi ilə əlaqədar danışıqlar prosesini canlandırmaq niyyətində olduğunu və bölgə ölkələri ilə əlaqələrini yenidən qurmağa davam etdiyi bildirilib.
Bəyanatda Türkiyenin taxıl dəhlizinin genişləndirilməsi ilə bağlı danışıqlar apararaq Ukraynadakı müharibə mövzusunda fəal diplomatik rol oynamağa davam etdiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə