ABŞ müqəddəs kitaba edilən hücumla bağlı açıqlama verib

ABŞ müqəddəs kitaba edilən hücumla bağlı açıqlama verib

Türk evi qarşısında müqəddəs kitaba edilən hücumla bağlı ABŞ Dövlət Departamentinin Mətbuat Xidməti yazılı açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda ABŞ-ın ifadə azadlığını demokratiyanın bir elementi kimi gördüyü, müqəddəs mətnlərə hörmətsizliyi “iyrənc” bir addım kimi qiymətləndirdiyi bildirilib.

Açıqlamada hadisənin təfərrüatlarının təqib edilmədiyi və mövzu ilə bağlı hər hansı şərh verilməyəcəyi, ABŞ-ın nifrət dolu hərəkətləri pislədiyi və bu cür hərəkətlərin fərdlərə zərər verə biləcəyi bildirilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə