Mərakeş zəlzələsində ölənlərin sayı 632 nəfər ötüb...

Hələ bu da son deyil..?
Mərakeş zəlzələsində ölənlərin sayı 632 nəfər ötüb...

Mərakeşdə baş verən zəlzələ nəticəsində 632 nəfər ölüb, daha 329 nəfər yaralanıb. Bu barədə Associated Press ölkə hökumətinə istinadən yazır. ABŞ Geoloji Xidmətinin ilkin məlumatlarına görə, zəlzələnin maqnitudası 6,8 olub və tezliklə 4,9 bal gücündə afterşok baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, mərakeşli seysmoloq Laxcen Mxanni, dağlıq ərazilərdə bu böyüklükdə zəlzələlərin nadir olduğunu qeyd edərək, “...bu, regionda qeydə alınan ən güclü zəlzələdir” deyə bildirib.

Zəlzələnin episentri əhalinin sıx məskunlaşdığı Mərakeşdən 70 kilometr aralıda və məşhur Oukaimeden xizək kurortundan çox da uzaqda deyil.

Mərakeşlilərin sosial şəbəkələrdə paylaşdıqları videolara əsasən, YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Marrakeşin köhnə hissəsinin ətrafındakı məşhur qırmızı divarlar yeraltı təkanlar nəticəsində zədələnib.

Mərakeş Daxili İşlər Nazirliyi qeyd edib ki, dağıntıların əksəriyyəti əhalinin məskunlaşdığı ərazilərdən kənarda baş verib - lakin dağ kəndlərinin əlçatmaz olması səbəbindən fəlakətin dəqiq miqyası hələ də məlum deyil.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə