Notarius Sankt-Peterburqda Priqojinin vərəsəlik işini açıb

Notarius Sankt-Peterburqda Priqojinin vərəsəlik işini açıb

Avqustun 23-də Tver yaxınlığında şəxsi biznes təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin işi Federal Notariat Palatasının vərəsəlik işlərinin reyestrinə düşüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Beləliklə, reyestr məlumatlarına əsasən, miras işi Sankt-Peterburqun Notariat Palatasından Anatoli Akulenko tərəfindən açılıb.

Xatırladaq ki, Yevgeni Priqojin “Konkord Catering” MMC və “Concord Management and Consulting” MMC-nin səhmlərinin 100 faizinə sahib idi.

Bundan əlavə rusiyalı iş adamı həmçinin “Ritm” MMC-nin 80 faizinə və “Aurum” film şirkətinin 49 faizinə sahib imiş.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə