Terror şübhəlisi keçmiş əsgər həbs olunub

Terror şübhəlisi keçmiş əsgər həbs olunub

Çərşənbə günü səhər İngiltərənin paytaxtı Londondakı "Vandsvors" həbsxanasından qaçan terror şübhəlisi keçmiş əsgər Daniel Abid Xəlifə tutulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, London Polis Departamentindən verilən açıqlamada Xəlifənin yerli vaxtla saat 11:00 radələrində paytaxtın qərbindəki Çisvik bölgəsində ələ keçirildiyi açıqlanıb.

Polis Xəlifənin həbsxana işçilərindən kömək alması ehtimalını araşdırır.

London polisinin rəisi Mark Rouli bildirib ki, Xəlifənin qaçması bir anlıq fürsətçilik deyil, “yaxşı planlaşdırılmış” və “çox narahatedici” prosesdir.

Həbsxananı təchiz edən yük maşınının altına girərək qaçan 21 yaşlı Xəlifənin tapılması üçün ölkənin hava limanları və dəniz limanları fövqəladə vəziyyətə gətirilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə