Makron Reqbi üzrə Dünya Kubokunda ayıblandı

Makron Reqbi üzrə Dünya Kubokunda ayıblandı

Fransa prezidenti Makron Stade De Fransda keçirilən reqbi üzrə Dünya Kubokunun açılış mərasimində çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, prezident Makronun nitq üçün sahəyə endiyini görəndə tamaşaçıların bir qismi alqışlamağa, digərləri isə Makronu ayıblamağa başlayıb.

Fit çalaraq şiddətlə etiraz edilən Makronun çıxışı çətin ki, eşidilib.

Makron turnirin 10-cu buraxılışının başlandığını elan etdikdən sonra çıxışını bitirəndə tamaşaçılar təzahüratlara davam ediblər.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə