Ukraynada döyüşən britaniyalı suda ölü tapılıb

Ukraynada döyüşən britaniyalı suda ölü tapılıb

Ukraynada döyüşən britaniyalı əlləri bağlanmış halda suda ölü tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci ilin oktyabr ayının əvvəlində Ukraynaya gedən 31 yaşlı Cordan Çadvik Beynəlxalq Legionda döyüşüb.

Onun anası Brenda Çadvik bildirib ki, oğlunun ölümü onun ailəsini məhv edib.

Co kimi tanınan cənab Çadvik Lankaşirdəki Burnlidəndir. O, 2011-2015-ci illər arasında Şotland Qvardiyası kimi Britaniya Ordusunda xidmət edib.

Ukrayna Beynəlxalq Ordusu onun cəsədini avqustun 7-də vətənə qaytarıb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə