Nüvə silahları və ballistik raket proqramını davam etdirərək Koreya yarımadası və ətrafında təhlükəsizlik narahatlıqlarını artıran Şimali Koreya bu dəfə yeni taktiki nüvə hücumu sualtı qayığı istehsal etdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin ilk taktiki nüvə sualtı qayığı lider Kim Çen Inın iştirak etdiyi mərasimdə suya buraxılıb. Nüvə hücumu sualtı qayığı uzun müddətdir Şimali Koreyanın hazırlamağı hədəflədiyi silahlar siyahısındaydı və Kim nüvə proqramının həlledici hissəsi olacaq bu sualtı qayığın inkişafı üzərində illərdir işləyir. Kim Çen In mərasimdəki çıxışında yeni taktiki nüvə hücum sualtı qayığının ölkə donanmasının əsas sualtı hücum maşınlarından biri olacağını bildirib və sözügedən sualtı qayığın daha çox qurulması planlarının olduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB