Afrika İttifaqı "Böyük İyirmiliy"ə daimi üzv dəvəti alıb

Afrika İttifaqı "Böyük İyirmiliy"ə daimi üzv dəvəti alıb

Afrika İttifaqı "Böyük İyirmiliy"ə (G20) daimi üzv olmağa dəvət edilib. SİA xəbər verir ki, bu barədə təklif G20-nin Hindistanda keçirilən sammitində irəli sürülüb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “X” hesabında dəvətdən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, G20-də təmsil olunan yeganə təşkilat Avropa İttifaqıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə