Papa Fransisk məşhur aktyor Silvester Stalone ilə görüşüb

Papa Fransisk məşhur aktyor Silvester Stalone ilə görüşüb

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Vatikanda məşhur aktyor, prodüser və rejissor Silvester Stalone və ailə üzvlərini qəbul edib. SİA xəbər verir ki, Papa Fransisk Stalonenin Vatikana səfərindən məmnunluğunu bildirib, aktyora “sizin filmlərinizlə böyümüşük” deyib.

Silvester Stalone isə qəbul üçün Roma Papasına təşəkkür edib, baş rolda oynadığı əfsanəvi “Rokki” filmini xatırladıb.

Məşhur aktyor yumruqlarını sıxaraq Papa Fransiskə gülümsəyərək “boksa hazırsan?”, - deyə soruşub. Bunun cavabında isə Roma Papası Silvester Staloneyə yumruqlarını göstərib.

Qeyd edək ki, Silvester Stalone 1946-cı ildə Nyu-Yorkda dünyaya göz açıb və onun atası 1930-cu illərdə ABŞ-a mühacirət edən italyalı olub. Aktyor atasının anadan olduğu İtaliyanın cənub-şərqindəki Gioia del Colle qəsəbəsinin fəxri vətəndaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə