ABŞ-ın keçmiş prezidenti Corc Buş, Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskini “sərtliyinə” görə, Texasdan ola biləcəyini bildirib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Amerikanın keçmiş lideri ötən gün Kiyevdə keçirilən “Yalta Konfransı”nda videoçatda danışarkən bildirib.
Qeyd edək ki, Texasda böyüyən Buş “yaxşı, o, sərt oğlandır, o, əsl teksaslıdır” deyə bildirib.
Maraqlıdır ki, Rusiya rəhbərinin fiquruna gəlincə, Buş, onun yeni imperiya qurmağa çalışdığına diqqət çəkərək Putinin Ukraynanı işğal etməklə kifayətlənməyə biləcəyini deyib.
Buşun fikrincə, əgər Putin daha da irəli gedərsə, o zaman ABŞ Polşa, Litva və Latviya kimi ölkələrə də yardım etməli olacaq.
Ukraynadakı vəziyyətin ABŞ-ın təhlükəsizliyinə təsir göstərdiyini bildirən Corc Buş, Zelenski kimi insanlara cəsarət nümayiş etdirdiyinə görə, ölkəsinin dəstək verməsinin vacibliyini də diqqətə çatdırıb.
Buna baxmayaraq, Buş, amerikalıları Ukraynaya yardımın onların maraqlarına uyğun olduğuna inandırmaq zaman keçdikcə daha da çətin olacağını da bildirib.
“İlk növbədə, Ukrayna korrupsiya ilə mübarizə aparmalıdır. Hökumətdəki son dəyişiklik mənə göstərdi ki, Zelenski bunu etmək istəyir”.
Buş deyib bunu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB