“Leopard 1A5” tankları artıq Ukraynaya çatdırılıb...

“Leopard 1A5” tankları artıq Ukraynaya çatdırılıb...

Danimarka Müdafiə Nazirliyi cümə günü, sentyabrın 8-də ilk on “Leopard 1A5” tankının artıq Ukraynaya çatdırıldığını təsdiqləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Danimarka Krallığının Müdafiə Nazirliyi on “Leopard 1A5” tankının artıq Ukrayna ərazisində olduğunu və digərlərinin də artıq yolda olduğunu bildirib.

“...On “Leopard 1A5” tankı artıq Ukrayna ərazisindədir və bundan xeyli artığı isə yoldadır. İndi onlar ukraynalıların yeni başladıqları hücumda iştirak edə biləcəklər”.

Qeyd edək ki, bu, Danimarka Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Hərbi idarədən, Ukrayna hərbçilərinin hazırda Almaniyada danimarkalı təlimatçılarla birgə təlim keçdikləri də bildirilib. . Yeri gəlmişkən bundan əvvəl Berlindəki Alman Hərbi-Siyasi Cəmiyyətinin rəhbəri Ralf Tiele Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi “Leopard 1A5” tanklarından danışıb.

O, bu tankların xeyli qüsurlara malik olduğunu və mahiyyətcə köhnə metal qırıntıları olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə