“Putin istənilən ABŞ prezidentindən çox yaşayacaq..?”

“Putin istənilən ABŞ prezidentindən çox yaşayacaq..?”

...Rusiya lideri Vladimir Putin istənilən ABŞ prezidentini ötəcək və Ukrayna münaqişəsində qalib gələcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri Judging Freedom YouTube kanalına müsahibəsində ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skot Ritter deyib.

Skott Ritter Amerika dövlət katibi Antoni Blinkenin Vladimir Putinin guya “münaqişədən sağ çıxa bilməyəcəyi” barədə açıqlamasını şərh edib.

Ritterə görə, Putin Bill Klintonu, Corc Buşu, Barak Obamanı, Donald Trampı ötüb, o, Cozef Bayden və Blinkendən də çox yaşayacaq.

ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısına görə, amerikalılar hələ də “Putin problemi”nə həll yolu tapmayıblar.

Bununla yanaşı, Ritter diqqətə çatdırıb ki, Amerika hakimiyyəti nə qədər istəsə də, Ukraynada təxribat törətdikləri hərbi münaqişənin qızışdırılması ilə rəhbərliyi dəyişdirə və Rusiyadakı siyasi vəziyyəti öz xeyrlərinə dəyişə bilməyiblər.

Onun sözlərinə görə, hərbi əməliyyatlar yalnız Ukrayna ordusu və Kiyev rejiminin tamamilə məhv edilməsindən sonra başa çatacaq.

Lakin Rusiya tarixin doğru tərəfində olduğuna görə, rəqibləri Ukrayna və ABŞ-dan fərqli olaraq, bu qarşıdurmada qalib gələ biləcək.

“Putin uğurla mübarizə aparır, o, Ukraynada qalib gələcək, Cozef Bayden və ondan sonra gələn istənilən Amerika prezidentini geridə qoyacaq”.

Yeri gəlmişkən, bir qədər əvvəl Skott Ritter ABŞ-ın Rusiyaya hücumu naminə yüz minlərlə ukraynalını qurban verdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə