Sosial şəbəkələrdə Rusiyada payız seçkilərindən sonra ikinci səfərbərlik dalğasının başlaya biləcəyi barədə davamlı şayiələr dolaşır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bloqqerlər müdafiə naziri Sergey Şoyqu tərəfindən imzalandığı iddia edilən əmr dərc edirlər.
Belə ki, bu əmrə əsasən, qismən səfərbərlik sentyabrın 11-də başlaya bilər. Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bu sənədi “sosial şəbəkələrdə qəsdən yerləşdirilmiş saxta” adlandırıb və bildirib ki, indi əlavə səfərbərliyə ehtiyac yoxdur.
“...Bu gün səfərbərliyə ehtiyac yoxdur, bütün tapşırıqlar müqaviləli hərbi qulluqçuların fəal işə cəlb edilməsi çərçivəsində həyata keçirilir”.
Bu arada media və bloqqerlər hakimiyyətin səfərbərliyə hazırlaşdığını göstərən başqa əlamətlər də tapırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB