Ermənilərin bu cəhdi də iflasa uğradıldı

Qanunsuz erməni silahlılarının Şuşa istiqamətində fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb
Ermənilərin bu cəhdi də iflasa uğradıldı

Sentyabrın 8-i saat 19:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə