Bryanskda “Kremniy El” zavodu yanır...

Bryansk bu həftə üçüncü dəfədir ki, hücuma məruz qalır
Bryanskda “Kremniy El” zavodu yanır...

Cümə günü axşam saatlarında Bryanskda Rusiyanın əsas mikroelektronika istehsalçılarından biri olan “Kremniy El” zavoduna növbəti dron hücumu həyata keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu, bir həftə ərzində zavodda baş verən üçüncü insidentdir. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan pilotsuz təyyarənin qalıqları yanğın baş verən sənaye obyektinin üzərinə düşüb.

Qubernator obyektin yerini açıqlamayıb. Bununla belə, yerli ictimai səhifələr, eləcə də “Baza” teleqram kanalı zavodun binalarından birinin yandığını bildirir.

Xəsarət alan olmayıb, işçilər binadan təxliyə edilib.

Rusiya Müdafiə Nazirliyi həmçinin cümə günü Moskva vaxtı ilə saat 17:30 radələrində hava hücumundan müdafiə qüvvələrinin Bryansk səmasında 3 pilotsuz uçuş aparatının qarşısını aldığını, onlardan ikisinin havada məhv edildiyini bildirib.

“Kremniy El” zavodu son 24 saat ərzində dronların hücumuna məruz qalıb. Daha sonra qubernator Boqomaz da hava hücumundan müdafiə vasitəsi ilə vurulan pilotsuz təyyarənin onun ərazisinə düşdüyünü və yanğının baş verdiyini bildirdi.

Xatırladaq ki, bundan əvvəl PUA-lar artıq avqustun 30-na keçən gecə həmin zavoda hücum etmişdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə