Rusiya Qara dənizdə “Türk axını” və “Mavi axın” qaz kəmərlərini partlatmağa cəhdlər edildiyi barədə məlumatlara malikdir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xarici işlər naziri Sergey Lavrov Rusiyanın bu ölkədəki səfirliyində Banqladeş Sovet Məzunları Assosiasiyası və Rusiya Universitetləri nümayəndələri ilə görüşündə bildirib.
...Onlar “Türk axını” və “Mavi axın” qaz kəmərlərinin marşrutunda patrulluq edən hərbi gəmilərə hücum etməyə cəhd ediblər.
Rusiyalı nazir bildirib bunu.
Lavrov onu da qeyd edib ki, Rusiya müvafiq məlumatı aldıqdan sonra Qara dənizdə mühəndis strukturlarının yerləşdiyi yerlərdə patrul xidmətinə başlayıb.
Yeri gəlmişkən, Baltik dənizinin dibi ilə Almaniyaya uzanan “Şimal axını”nda görünməmiş dağıntılar 27 sentyabr 2022-ci ildə qeydə alınmışdı.
Daha sonra alman müstəntiqlər təxribatın arxasında Qərb ölkələrindən birinin nümayəndələrinin ola biləcəyini etiraf etmişdilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB