Londonda casus və terrorçuluqda şübhəli bilinən şəxs məhbuslara yemək aparan özünü yük maşınının altına bağlayaraq həbsxanadan qaçıb.
Axtarışlarda 150 şəhər polisi, sərhədçi və digər xidmət orqanlarının nümayəndələri cəlb edilib.
Metropoliten Polis Xidməti şübhəlinin artıq başqa ölkəyə qaça biləcəöyini etiraf edir.
SİA-nın əldə etdiyi məlumata görə, 21 yaşlı London sakini Daniel Xalife 2019-cu ildən Britaniya Ordusunun köməkçi bölməsi olan Kral Siqnallar Korpusunda kompüter mütəxəssisi vəzifəsində çalışıb. 2021-ci ilin avqustunda o, həmkarları haqqında məxfi məlumatları ötürməkdə şübhəli bilinirdi.
“The Telegraph” xəbər verir ki, o, girov müqabilində sərbəst buraxılıb və vəzifəsinə qayıdıb.
2023-cü ilin yanvarında o, bu dəfə xidmət etdiyi hərbi bazaya saxta bomba keçirməyə cəhd ittihamı ilə yenidən saxlanılıb. Qeyd edək ki, bu dəfə o iki ittihamla həbs edilib.
Maraqlıdır ki, Daniel Xalifenin hansı dövlət üçün casusluq edə biləcəyi məlum deyil, lakin Britaniya mediası bu məsələdə İranın adını hallandırır.
Xatırladaq ki, bu ilin yanvar ayından Xalife Londonun “Uandsvort” həbsxanasında saxlanılırdı.
Burada əsasən təhlükəli olmayan cinayətkarların saxlanıldığı bildirirlr. Xalife həbsxananın mətbəxdə xidmət edirmiş.
Amma sentyabrın 6-da o, qaçıb. Onun özünü yük maşınına necə bağlaya bildiyi və maşının niyə texniki baxışdan keçirilmədiyi məlum deyil. Polis ona digər məhbusların və ya həbsxana işçilərinin kömək etdiyini istisna etmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB