"Ifo": Almaniya iqtisadiyyatı cari il 0,4 faiz azalacaq

Bu il Almaniya iqtisadiyyatında 0,4 faiz azalma, 6 faiz inflyasiya və təxminən 2,6 milyon işsiz insan proqnozlaşdırılır.
"Ifo": Almaniya iqtisadiyyatı cari il 0,4 faiz azalacaq

Almaniyanın aparıcı iqtisadi beyin mərkəzlərindən biri olan İqtisadi Araşdırmalar İnstitutu (Ifo) bu il Almaniya iqtisadiyyatında 0,4 faiz azalma, 6 faiz inflyasiya və təxminən 2,6 milyon işsiz insan gözlədiyini açıqlayıb.

"Ifo" bu il üçün ümumi daxili məhsulun (ÜDM) artım proqnozunu mənfi 0,4 faiz səviyyəsində saxlasa da, 2024-cü il üçün artım gözləntisini 1,5 faizdən 1,4 faizə endirib.

"Ifo" ölkədə keçən il 6,9 faiz, avqustda isə 6,1 faiz olan inflyasiyanın bu il orta hesabla 6 faiz olacağını, 2024-cü ildə isə 2,6 faizə düşəcəyini gözləyir.

"Ifo" hesabatında qeyri-adi yüksək inflyasiya səbəbindən bu il şəxsi istehlakın 0,5 faiz azalacağı, 2024-cü ildə isə özəl istehlakın 1,8 faiz artacağı proqnozlaşdırılıb.

Hesabatda bu il ölkədə işsizlərin sayının ötən illə müqayisədə 100 mindən çox artaraq 2 milyon 418 mindən 2 milyon 591 minə çıxacağı və gələcək il yenidən 2 milyon 582 minə düşəcəyi təxmin edilib.

Hesabatda işsizlik səviyyəsinin 2023-cü ildə 5,6 faiz, 2024-cü ildə yenidən 5,6 faiz olacağı, məşğul əhalinin sayının bu il 45,59 milyondan 45,92 milyona, 2024-cü ildə isə 46,04 milyona yüksələcəyi proqnozlaşdırılıb.

Ifo Almaniyanın dövlət sektorunun keçən il 96,9 milyard avro olan büdcə kəsirinin bu il 91,5 milyard avroya, gələn il isə 79,6 milyard avroya enəcəyini gözləyir.

Maraqlıdır ki, "Ifo"-nun payız proqnozları həm bu il, həm də gələn il inflyasiya və işsizliklə bağlı iyun ayına nisbətən bir qədər pessimistdir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Bütün xəbərlər Facebook səhifəmizdə