Son iki ayda Belarusdakı Rusiya hərbçilərinin sayı xeyli azalıb. Xüsusilə, ötən il yerləşdirilmiş İttifaq Dövlətinin Regional Qüvvələr Qrupunun Rusiya kontingenti ölkədən çıxarılıb. Bu barədə “Belarus Qayun” monitorinq layihəsi məlumat yayıb.
SİA-nın əldə etdiyi məlumata görə, məlumatı Ukrayna Dövlət Sərhəd Xidməti təsdiqləyib.
...İyul-avqust aylarında Belarusda yerləşən Rusiya hərbi qulluqçularının sayında əhəmiyyətli azalma olduğunu deyə bilərik. Belə ki, Obuz-Lesnovski, Lepelski-Osipoviçski poliqonlarındakı səhra düşərgələri ləğv edilib və orada olan hərbi qulluqçular Rusiyaya gediblər”.
Bunu yazan “Belarusian Gayun”, baş verənlərin rotasiya olmadığını da əlavə edib.
Qeyd edək ki, bir neçə ay əvvəl Kiyev, Belarusda 11 minə qədər rus əsgərinin olduğunu təxmin edirdi. Amma indi 2000-dən çox rus əsgər qalmadığını etiraf edir.
“Belarusian Gayun” hazırda Mozır və Zyabrovka aerodromlarında 600-ə qədər, Baranoviçi və Vileykadakı rabitə mərkəzlərində isə 1450-yə qədər rus əsgərinin yerləşdirildiyini iddia edir.
Onu da qeyd edək ki, Belarus ordusu Rusiyanın Ukraynaya müdaxiləsində iştirak etmir, lakin Aleksandr Lukaşenko rejimi Rusiyaya maddi-texniki dəstəyi də kəsmir.
Maraqlıdır ki, Kiyev dəfələrlə, bu ölkədə Rusiya kontingentinin yerləşdirilməsinə baxmayaraq, Belarusdan Ukraynaya müdaxilə təhlükəsi görmədiklərini bəyan edib.
Yeri gəlmişkən, Rusiya qoşunlarının Belarusdan çıxarılmasının səbəbinin nə olduğu hələ ki, aydın deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB