Seym Rusiya vətəndaşlarına imtahan vermək üçün iki il möhlət verib
Latviya Seymi İmmiqrasiya Qanununa dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, buna əsasən ölkədə yaşamaq icazəsi olan Rusiya vətəndaşlarına latış dili imtahanından keçmək üçün...iki il möhlət verilir. Belə bir imtahandan keçmək yaşayış icazəsinin müddətinin uzadılması üçün şərtdir.
“Delfi” xəbər verir ki, qanun layihəsinə əsasən, ruslar iki il müddətinə müvəqqəti yaşamaq icazəsi alacaqlar. Bu iki il ərzində onlar sosial təminatları da saxlayacaqlar.
Qeyd edək ki, sentyabrın əvvəlində qanunun tələblərinə tabe olan 25 min rusdan 11 mindən çoxu latış dilindən imtahan veriblər.
Yenə də “Delfi”nin qeyd etdiyi kimi, onların 61 faizi imtahandan keçə bilməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB