Polis adından “kuryer”lik edən 5 terrorçu zərərsizləşdirildi

Ə.Yerlikayanın sosial media hesabında yer alan yazıya görə ...
Polis adından “kuryer”lik edən 5 terrorçu zərərsizləşdirildi

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Diyarbəkirdə həyata keçirilən əməliyyatda bombalı hücum hazırlayan 5 terrorçunun zərərsizləşdirildiyini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Ə.Yerlikayanın sosial media hesabında yer alan yazıya görə, Təhlükəsizlik Baş İdarəsinin (EGM) koordinasiyası üzrə həyata keçirilən əməliyyat çərçivəsində Diyarbəkirdə ələ keçirilən bombalı hücum hazırlığında olan 5 terrorçunun polisin adından “kuryer” kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

Terrorçuların iqamətgahlarında partlayıcı maddələr və silahlar ələ keçirilib.

Türkiyənin daxili işlər naziri əməliyyatı həyata keçirən bölmələri təbrik edərək deyib: "Biz zərrə qədər insanlığı olmayan xainlərə heç vaxt rəhm etməyəcəyik. Terror bitənə qədər mübarizəmiz sürəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə