Rusiya Sənaye və Ticarət Nazirliyi "Volvo"nun Rusiyadakı bütün aktivlərinin rusiyalı investora keçdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada ölkədə fəaliyyətinə son qoyan "Volvo"nun aktivləri ilə bağlı məlumatlar yer alıb.
Bildirilir ki, "Volvo"nun Rusiyadakı bütün aktivləri rusiyalı investora verilib. Ukraynadakı müharibədən əvvəl Kaluqada ildə 15 min yük maşını istehsal gücünə malik zavodu işlədən "Volvo", müharibədən sonra orada istehsalını dayandırmaq qərarına gəlib. "Mercedes", "Renault", "Nissan" və "Volkswagen" kimi şirkətlər daha əvvəl Rusiyadakı fəaliyyətini dayandırmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB