“Haikui” tayfunu Honq-Konqa son 140 ilin ən güclü yağışına səbəb olub, 2 nəfər ölüb, 110 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 1952-ci ildən bəri ən güclü yağış Çinin Şençjen şəhərində qeydə alınıb.
Ticarət mərkəzləri, metro stansiyaları və yeraltı keçidləri su basıb. Metro xəttində xidmətlər dayandırılarkən, Honq Konq və Koulun bölgəsini birləşdirən tunel su altında qalıb. Çıxılmaz vəziyyətdə qalanları sel suları aparmamaq üçün daha yüksək yerlərə qalxmağa çalışdığı, bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətdə çətinlik çəkdiyi görülüb.
Honq Konq polisi 2 nəfərin cəsədinin müxtəlif nöqtələrdə tapıldığını açıqlayıb. Honq Konq Xəstəxana İdarəsi daşqın nəticəsində 110 nəfərin yaralandığını açıqlayıb. Bu gün məktəblərdə tədris dayandırıldığı halda, iş yerləri bağlanıb. Honq Konq birjası da səhər ticarəti üçün açılmayıb. Honq Konq Meteoroloji Müşahidə Mərkəzi gecə ərzində yağan yağıntının miqdarını 158,1 millimetr olaraq açıqlayıb və bunun 1884-cü ildə qeydlər aparılmağa başladığından bəri ən yüksək yağış miqdarı olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB