Rusiya Ukraynanın Sumi bölgəsini bombaladı

Rusiya Ukraynanın Sumi bölgəsini bombaladı

Rusiyanın Ukraynanın Sumi bölgəsini bombalaması nəticəsində 2 nəfər yaralanıb, çoxlu sayda ev və avtomobilə ziyan dəyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada hücumun mülki əhalinin yaşadığı əraziyə xeyli ziyan vurduğu bildirilib və ilkin məlumata görə, iki mərtəbəli yaşayış binası dağılıb, 20-dən çox ev və 8 avtomobilə ziyan dəyib, yanğın baş verib.

Dağıntılar altında iki nəfər qalıb. Xilasedicilər dağıntılar altından bir kişi və bir qadını xilas ediblər. Yanğın söndürülüb.

Araşdırmalar davam edir

Bütün xəbərlər Facebook səhifəmizdə