Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Esenboğa hava limanından G20 Liderlər Zirvəsinin keçiriləcəyi Hindistana gedib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, G20 liderləri “Bir dünya, bir ailə, bir gələcək” ana mövzusu altında keçiriləcək üç sessiyada sammitdə fikir mübadiləsi aparacaqlar.
Ərdoğanın G20 liderləri, həmçinin sammitdə iştirak edən bəzi dövlət və hökumət başçıları ilə də görüşləri gözlənilir.
Ərdoğan 17-21 sentyabr tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT-nin 78-ci Baş Assambleyasına qatılacaq. ABŞ-a səfəri çərçivəsində BMT Baş Assambleyasında çıxış edəcək Ərdoğanın Rusiya-Ukrayna müharibəsi, Suriya, Fələstin və KKTC ilə bağlı son inkişaflar, terrorla mübarizə, qaçqın problemi və digər mövzuları əhatə edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB