Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayı 200 mini keçib
Almaniyada sığınacaq almaq üçün edilən müraciətlərin sayı bu ilin ilk səkkiz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 77 faiz artaraq 204 461-ə çatıb. SİA xəbər verir ki, bu barədə “Welt” qəzeti Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin məlumatlarına istinadən bildirib.
Avqustda Almaniyada sığınacaq almaq üçün 27 min 738 müraciət edilib ki, bu da əvvəlki ayla müqayisədə 17 faiz çoxdur. Səkkizinci ayda artıq 200 min nəfərlik həddə çatılıb.
Müraciət edənlərin əksəriyyəti Suriyadan, Əfqanıstandan və Türkiyədən olub. Almaniya tarixində sığınacaq axtaranların sayı yalnız 2015-2016-cı illərdə miqrasiya böhranının ən qızğın çağında və 1992-1993-cü illərdə Yuqoslaviya müharibəsi zamanı builki göstəricidən çox olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB