Nobel mükafatı laureatı yenidən həbsxanaya göndərildi

Nobel mükafatı laureatı yenidən həbsxanaya göndərildi

Myanmanın keçmiş baş naziri, Nobel sülh mükafatı laureatı, 78 yaşlı Aun San Su Çji yenidən həbs edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, onun səhhəti pisləşib. Eks-baş nazirin həkimə getməsinə icazə verilməyib.

Xatırladaq ki, avqustun 1-də Myanmanın Dövlət İnzibati Şurasının ölkənin keçmiş dövlət müşaviri Aun San Su Çjini əfv etdiyi barədə məlumat yayılıb. O, 2022-ci ilin sentyabrında Myanma Hərbi Məhkəməsi tərəfindən seçki saxtakarlığı ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edib.

Myanmanın demokratik rəhbərliyi 2021-ci il fevralın 1-də hərbi çevrilişlə devrilib. Hərbçilərin iddia etdiyi kimi, buna səbəb 2020-ci ilin noyabrında keçirilən seçkilərdə iddia edilən irimiqyaslı saxtakarlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə