Bu arada Çeçenistanın daxili işlər naziri Ruslan Alxanov Rusiya Daxili İşlər Nazirliyinin “E” mərkəzi kimi tanınan ekstremizmə qarşı mübarizə üzrə baş idarəsinin rəis müavini təyin edilib.
SİA-nın əldə etdiyi məlumata görə, general-polkovnik Alxanov 19 il Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə idarəsinə rəhbərlik edib. Bundan əvvəl o, respublikanın hazırkı lideri Ramzan Kadırovun atası Axmat Kadırovun təhlükəsizlik xidmətinin rəisi olub.
Bundan əlavə, Alxanov və Ramzan həmkəndlidirlər: hər ikisi eyni kənddə doğulublar.
Qeyd edilir ki, Alxanovun 28 yaşlı oğlu Adam Çeçenistan rəhbəri Ramzan Kadırovun ikinci qızı Xədizatın əridir. Keçən il o, Çeçenistan baş nazirinin müavini təyin olunub. Deyilənlərə görə, Adamın Dubaydakı süni “Palma Djumerah” adasında mənzil sahibidir. Belə ki, onun daşınmaz əmlakının dəyəri 700 min dollardan çox qiymətləndirilir.
Alxanovun böyük oğlu, 39 yaşlı Artur 2019-cu ilə qədər polkovnik çini ilə Argun GOVD-yə rəhbərlik edib. Çeçenistan Daxili İşlər Nazirliyinin keçmiş rəhbərinin digər oğlu, 36 yaşlı Bislan hazırda Qroznı rayonu üzrə polis idarəsinin rəisidir.
Deyilənlərə görə, Alxanovun Çeçenistan Daxili İşlər Nazirliyinə rəhbərliyi dövründə şöbə əməkdaşları insanları oğurlamaq və işgəncə verməklə yanaşı, Ramzan Kadırov rejiminin əleyhdarlarını təqib etməkdə də fəallıq gğstəriblər. Maraqlıdır ki, Daxili İşlər Nazirliyinin rəhbəri bu cür tədbirləri ictimaiyyət qarşısında əsaslandırmaqdan da çəkinməyib.
...2022-ci ilin dekabrında Ruslan Alxanov sistematik insan haqlarının pozulmasında iştirakına və Ukraynaya qarşı müharibəyə dəstək verdiyinə görə Kanada tərəfindən sanksiyaya məruz qalıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB