“İstefamı xəyal etməyi dayandırın...”

“İstefamı xəyal etməyi dayandırın...”

Gürcüstan prezidenti Salome Zurabişvili açıq şəkildə vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl parlament impiçment proseduruna başlayıb.

Amma, dediyimiz kimi, Gürcüstan prezidenti öz postunu tərk etmək niyyətində deyil, bu barədə o, videomüraciətində də bildirib.

“...Heç yerə getmirəm, düşünürəm ki, hamı istefamı xəyal etməyi dayandırmalıdır. Mən olduğum yerdəyəm, amma hara lazımdırsa, gedəcəm, çünki bu mənim ən yüksək konstitusiya borcumdur. Mən bu ölkənin konstitusiyasını müdafiə edirəm, çünki mən bu andı Gürcüstanın prezidenti kimi andiçmə mərasimində içmişəm və bu anda sona qədər sadiq qalacağam”.

Salome Zurabişvili deyib bunu.

Xatırladaq ki, impiçmentin baş tutması üçün parlamentin ən azı 100 üzvü lehinə səs verməlidir. Amma bu gün Gürcüstan parlamentində hakim “Gürcü arzusu” partiyasının cəmi 84 səsi var.

Müxalifət isə öz səsləri ilə dövlət başçısını şantaj edir və Mixail Saakaşvilinin əfv olunmasını istəyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə