ABŞ bazası Finlandiyada, Rusiya sərhəddən 200 km aralıda peyda olacaq

ABŞ bazası Finlandiyada, Rusiya sərhəddən 200 km aralıda peyda olacaq

Finlandiya Amerika hərbçilərini Laplandiyada yerləşən Rovaniemi hava limanı ilə təmin etməyə hazırdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “İltalehti” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, hava limanı Rusiya sərhədindən 200 kilometrdən az, Sankt-Peterburqdan isə 769 kilometr aralıda yerləşir.

“Moskovskiy Komsomolets” yazır ki, Finlandiya prezidenti Sauli Niiniste media nümayəndələri ilə görüşdə, Finlandiya hakimiyyətinin Amerika qoşunlarının respublika ərazisində olmasına icazə verəcəyini təsdiqləyib.

Niiniste qeyd edib ki, ABŞ-ın mövcudluğunun nə olacağı hələ razılaşdırılmayıb. O bildirib ki, bu, Amerika əsgərlərinə təlim keçmək, silah saxlamaq və ya “başqa bir şey” demək ola bilər.

Yeri gəlmişkən, hazırda ABŞ və Finlandiya müdafiə sahəsində əməkdaşlığa dair sazişlər - Müdafiə Əməkdaşlıq Sazişinin hazırlandığı bildirilir.

Bu arada Danimarka və İsveç də müdafiə sahəsində əməkdaşlığa dair yeni sazişlərin bağlanması üçün ABŞ-la danışıqlar aparır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə