Bu arada digər Qərb şirkəti “British American Tobacco” Belarus və Rusiyanı tərk edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mətbuat xidmətinin sentyabrın 7-də şirkətin Rusiya nümayəndəliyinin rəsmi saytında dərc edilmiş bəyanatında deyilir.
Beləliklə, “British American Tobacco” şirkəti Belarus və Rusiyadakı biznesini satdığını elan edib.
Qeyd edək ki, alıcı Belarus Respublikasında və Rusiya Federasiyasında istifadə edilən bütün ticarət nişanlarının mülkiyyətinə keçəcək “British American Tobacco” Russia rəhbərliyinin rəhbərlik etdiyi konsorsium olacaq.
“British American Tobacco” Group bu gün Rusiya və Belarusdakı biznesini satmaq üçün müqavilə bağladığını elan etdi. Hazırda istifadə olunan bütün ticarət nişanları Rusiya biznesinin mülkiyyəti olaraq qalacaq. Beləliklə, istehlakçılar alışdıqları yüksək keyfiyyətli məhsulları tanış brendlər altında almağa davam edəcəklər”.
Bu kommünikedə qeyd olunur.
Deyilənlərə görə, müqavilənin oktyabrda yekunlaşdırılması planlaşdırılır, lakin onun məbləği dəqiqləşdirilməyib.
Satışdan sonra şirkətlər qrupu ITMS Group adlanacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB