Avstriya hərbi yaşda olan kişiləri Ukraynaya verməyəcək?

Avstriya hərbi yaşda olan kişiləri Ukraynaya verməyəcək?

Avstriya Daxili İşlər Nazirliyi hərbi yaşda olan ukraynalı kişilərin Kiyevə ekstradisiyasının qəbuledilməz olduğunu və heç vaxt həyata keçirilməyəcəyini bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Avstriyanın “Exxpress” nəşri cümə axşamı, sentyabrın 7-də hüquq-mühafizə orqanı nümayəndəsinin sözlərinə istinadən yayıb.

Avstriya Daxili İşlər Nazirliyi qaçqın statusu olan ukraynalıların belə deportasiyasının Avstriya dövlətçiliyini pozacağını izah edib.

“Bu, dövlətçiliyimizə qarşı kütləvi hücum olardı, biz bunu heç vaxt etməyəcəyik”.

Qeyd edək ki, bunu Avstriya Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Xatırladaq ki, hazırda Avstriyada 14 minə yaxın əmək qabiliyyətli ukraynalı yaşayır. Bu arada Kiyev ukraynalı qaçqınları qəbul edən Qərbi Avropa ölkələrindən Ukrayna ordusunda xidmət etmək üçün çağırışçıları geri göndərməsini gözləyir. Vyana isə...

Bundan əvvəl Polşa Rusiyanın xüsusi hərbi əməliyyatının başlamasından sonra Ukraynanı qeyri-qanuni tərk etmiş hərbi yaşda olan kişiləri Kiyevə təhvil verməyə başladığı bildirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə