Zaxarovadan Ermənistanda jurnalist və blogerin saxlanılmasına münasibət
Ermənistanın Goris şəhərində “Sputnik Armenia” agentliyinin əməkdaşı Aşot Gevorkyan və bloger Mixail Badalyan saxlanılıblar.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Armenia” agentliyi məlumat yayıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova hadisəyə öz münasibətini bildirərək qeyd edib ki, bu, İrəvanda Rusiya-Ermənistan mediaforumunun keçirilməsi ərəfəsində Qərbin növbəti təxribatıdır. M.Zaxarova bildirib ki, söz azadlığı şüarı ilə hakimiyyətə gələn Paşinyan hökumətin jurnalistləri təqib etməsinə və informasiya yayımını bloklamasına inana bilmir.
Jurnalist və blogerin hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB