Boston məhkəməsi rusiyalı Vladislav Klyuşini kibercinayət işi üzrə 9 il müddətinə azadlıqdan məhrum edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” məlumat yayıb.
Əvvəllər şirkəti Rusiya hakimiyyət orqanları üçün media və sosial media monitorinqi sistemi hazırlayan 42 yaşlı iş adamı fevral ayında məhkəmə tərəfindən cinayət sui-qəsdi, elektron fırıldaqçılıq və qiymətli kağızlarla fırıldaqçılıqda təqsirli bilinib.
Məsələnin məğzi isə yalnız bu gün açıqlanıb. Prokuror onun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Boston prokurorları hesab edir ki, rusiyalı digər insanların kompüterlərinə haker hücumundan istifadə edərək səhmlərin qeyri-qanuni ticarəti sxemində iştirak edib.
İstintaq bu yolla onun 82 milyon dollar qazanc əldə etdiyini bildirir.
Qeyd edək ki, Klyuşin Rusiya Prezident Administrasiyası və Müdafiə Nazirliyi tərəfindən istifadə edilən “Katyuşa” bloqunu və media monitorinq sistemini hazırlayan M13 şirkətinin sahibidir.
Yeri gəlmişkən, rusiyalı 2021-ci ilin martında İsveçrənin Vale kantonunda həbs edilib. Aprel ayında Amerikanın Berndəki konsulluğu onun ekstradisiyasını tələb eedib. Rusiya Baş Prokurorluğunun onun ekstradisiyasını xahiş etməsinə baxmayaraq, o, ABŞ-a ekstradisiya edilib.
Xatırladaq ki, bu işdə 42 yaşlı Klyuşindən başqa daha dörd rusiyalı ittiham olunur. Məsələn onlardan biri İvan Ermakov ABŞ Maliyyə Nazirliyi tərəfindən Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı kimi tanınıb. Belə ki, o, 2018-ci ildə, ABŞ-da keçirilən seçkilərə müdaxilədə iştirakda ittiham olunub.
Təbii ki, ruslar öz günahlarını etiraf etməyiblər. Bu arada Klyuşinin hökmdən apellyasiya şikayəti verəcəyi gözlənilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB