Rusiya hakimiyyəti Şebekinski şəhər dairəsində seçkiləri ləğv edib

Rusiya hakimiyyəti Şebekinski şəhər dairəsində seçkiləri ləğv edib

Rusiya hakimiyyəti Belqorod vilayətinin Ukrayna ilə sərhəddə yerləşən Şebekinski şəhər rayonunda seçkiləri ləğv edib. Səsvermə “Bələdiyyə ərazisində yüksək hazırlıq rejiminin tətbiqi” ilə əlaqədar təxirə salınıb.

SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilovaya istinadən xəbər verir.

Şebekinski şəhər dairəsi deputatları şurasına və Juravlevski kənd yaşayış məntəqəsinin zemstvo məclisinin deputatlarına seçkilər keçirilməyəcək.

Qeyd edək ki, Rusiyada “Vahid səsvermə günü” sentyabrın 8-dən 9-dək keçiriləcək. Rusiya hakimiyyəti Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərində, eləcə də ilhaq edilmiş Krımda da seçkilərin keçiriləcəyini açıqlayıb.

Onu da qeyd edək ki, Rusiyanın Ukrayna ilə həmsərhəd rayonlarının hakimiyyət orqanları Rusiyanın qonşu ölkəyə genişmiqyaslı hərbi müdaxiləsinin başlamasından sonra Ukrayna Silahlı Qüvvələri tərəfindən mütəmadi olaraq atəşə tutulması barədə məlumat verir.

Kiyev isə hələ ki, bu hadisələri şərh etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə