Medvedevin oğlu “Dövlət xidmətləri”nin kuratoru oldu

Medvedevin oğlu “Dövlət xidmətləri”nin kuratoru oldu

Bu arada Rusiyanın keçmiş prezidentinin oğlu İlya Medvedevin “Mən Rusiyadayam” layihəsinin koordinatorlarından biri olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu, Rusiya qoşunları tərəfindən işğal edilmiş Ukrayna ərazilərinin sakinlərinə rus onlayn dövlət xidmətləri göstərən portalıdır.

“Vahid Rusiya”nın mətbuat xidmətindən RBC-yə verilən məlumata görə, Dmitri Medvedevin oğlu ötən ilin iyununda qoşulduğu partiyanın layihə koordinatoru olub.

Verilən məlumata görə, layihə Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb, onun yaradılması üzrə işlərin başa çatdığını cümə axşamı “Vahid Rusiya”nın sədri və eyni zamanda Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini tutan Dmitri Medvedev elan edib.

Medvedevin çıxış etdiyi partiya qərargahında keçirilən iclasda onun oğlu da iştirak edib. Qeyd edək ki, onun tərəfindən informasiya texnologiyaları layihəsinə nəzarətin konkret nədən ibarət olduğu barədə heç nə deyilmir.

Yeri gəlmişkən, İlya Medvedevin hazırda 28 yaşı var. Onu da qeyd edək ki, əvvəllər o, partiyanın qərargahında belə tədbirlərdə görünmürdü. Belə ki, o, özü müsahibə vermir və ictimaiyyət qarşısında çıxış etmirdi. Lakin ötən ilin iyununda “Vahid Rusiya”nın liderlərindən biri Andrey Turçak ona ictimaiyyət qarşısında partiya bileti təqdim edib.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında ABŞ ona qarşı sanksiyalar tətbiq edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə