...Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin G20 sammitinin iştirakçılarına videomüraciət etməyi planlaşdırmır.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Kreml rəsmisi Dmitri Peskov brifinqdə deyib.
Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, G20 sammitində Rusiya nümayəndə heyətinə Rusiyanı təmsil edəcək Rusiya xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.
“Xeyr, bu planlaşdırılmayıb. Bütün işləri xarici işlər naziri həyata keçirəcək. Bundan əlavə, ekspertlər səviyyəsində, əlbəttə ki, mütəxəssislərimiz sənədləri əlaqələndirmək üçün çox gərgin işdə iştirak edirlər. Bu iş ekspert səviyyəsində həyata keçirilir. Amma bizim nümayəndə heyətinə xarici işlər naziri başçılıq edir”.
Dmitri Peskov bildirib bunu.
Xatırladaq ki, G20 sammiti sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB