Erməni tələbə dövlətə xəyanətdə təqsirli bilinib və...

Erməni tələbə dövlətə xəyanətdə təqsirli bilinib və...

Moskva Şəhər Məhkəməsi həştərxanlı tələbə Qleb Verdiyanı vətənə xəyanətə hazırlaşmaqda təqsirli bilib və onu 6 il müddətinə ciddi rejimli koloniyada həbsə və 200 min rubl cəriməyə məhkum edib.

SİA-nın əldə etdiyi xəbərə görə, məhkəmə hökmün elan olunma tarixi ilə bağlı məlumatı jurnalistlərdən gizlədib. Belə ki, sentyabrın 1-də tarixlə bağlı göndərilən yazılı sorğuya cavab olaraq, məhkəmə nəşri xəbərdar edəcəyini cavablandırıb, lakin bu, həyata keçirilməyib.

Jurnalistlər hökmdən yalnız sentyabrın 7-də məhkəməyə zəng edərək xəbər tutdular - məlum oldu ki, o, artıq qəbul olunub.

Qeyd edək ki, bundan əvvəl Verdiyan məhkəməyə gətirilmədiyi üçün avqustun 30-na təyin edilmiş iclasın baş tutmadığı bildirilirdi.

Bundan sonra onun vəkili yalnız jurnalistlərə işə baxıldığını təsdiqləsə də, lakin onun hər hansı təfərrüatını şərh etməkdən imtina edib.

Cinayətin hazırlanmasına görə mümkün olan maksimum cəza başa çatmış cinayətə görə müəyyən edilmiş maksimum cəzanın yarısıdır.

Bu o deməkdir ki, Verdiyan həbs olunarkən qüvvədə olan vətənə xəyanət maddəsinin versiyasına görə ona verilə biləcək maksimum cəza 10 il həbs olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə