Bu arada aborta görə bütün federal cəzaları ləğv edən Meksikanın Ali Məhkəməsi, Milli Səhiyyə Xidmətinə bu xidməti hər kəsə təqdim etməyi əmr edib.
Məhkəmənin qərarına görə, abortun cinayət hesab edilməsi konstitusiyaya ziddir, çünki o, “qadınların və fertil insanların hüquqlarını pozur”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Meksika Milli Qadınlar İnstitutu bu hökmü gender bərabərliyinə doğru “böyük addım” adlandırıb və bunu “meksikalı qadınlar üçün qələbə və ədalət günü” elan edib.
Öz növbəsində, abort əleyhdarları “hamilə qalan uşaqlar” üçün yaşamaq hüququ uğrunda mübarizəni davam etdirəcəklərini vəd etdilər.
Maraqlıdır ki, federal qadağanın götürülməsinə baxmayaraq, onlar regional səviyyədə qalırlar.
Belə ki, hazırda Meksikanın 20 ştatında abort hələ də cinayət sayılır və 12 regionda hamiləliyin kəsilməsinə görə cinayət təqibi dayandırılıb.
Çox güman ki, abort hüquqları müdafiəçiləri regional hakimlərdən federal məntiqə əməl etməyi xahiş edəcəklər, SİA xarici qaynaqlara istinadən bunu “Associated Press”də yer aldığını bildirir.
Yeri gəlmişkən, ABŞ, Rusiya və bəzi Avropa ölkələri reproduktiv hüquqları məhdudlaşdırmağa çalışsa da, laki Latın Amerikasında bunun əksi müşahidə edilir.
Qeyd edək ki, hüquq müdafiəçilərinin geydiyi bandanaların rənginə görə bu “yaşıl dalğa” adlanır.
Onu da bildirək ki, fəallar artıq Argentina, Kolumbiya və Ekvadorda abort hüquqlarının genişləndirilməsinə nail olublar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB