Rusiyanın Şimali Koreyadakı səfirliyinin əməkdaşlarının sayı iki dəfə artıb
Qərbdəkilərin acığına..?

Sentyabrın 7-də Rusiyanın Pxenyandakı səfirliyinə 20 yeni işçi - diplomatlar və texniki işçilər gəlib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiyanın KXDR-dəki diplomatik nümayəndəliyi yayıb.

Qeyd eək ki, səfirliyin məlumatına görə, 2019-cu ildən bəri Rusiyanın Pxenyandakı səfirlik işçilərinin sayı xeyli azalıbmış. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən sərt məhdudiyyətlər səbəbindən yeni işçilər Pxenyana göndərilə bilməmişdi. 2020-ci ildə pandemiya baş verəndən və sərhədlərin bağlanmasından sonra diplomatik personalın bəzilərinin ailə üzvləri ölkəni dəmir yolu ilə tərk edərək Rusiyaya getmişdilər.

Belə ki, onlar sərhəd körpüsünü əl avtomobilində keçməli olublar.

Diplomatik nümayəndəlik iddia edir ki, son bir il ərzində səfirlikdə 18 nəfər qalıb. İndi işçilərin sayı iki dəfədən çox artıb. “Pxenyana xoş gəlmisiniz! Qarşıda çox iş var, ölkə bizim qarşımıza yeni vəzifələr qoyur”

Qeyd edək ki, bu səfirliyin bəyanatında deyilir.

Yeri gəlmişkən, Şimali Koreya Ukraynaya qarşı müharibədə dünyada Rusiyaya açıq dəstək verən azsaylı ölkələrdən biridir.

Ötən gün “The New York Times” öz mənbələrinə istinadən Şimali Koreya lideri Kim Çen Inın sentyabrda Rusiyaya səfər edəcəyini, KXDR-dən Rusiyaya silah və sursat tədarükü məsələsinin müzakirə olunacağını bildirib. Kremlin sözçüsü Dmitri Peskov bir gün əvvəl Kremlin səfərlə bağlı məlumatı olmadığını, lakin onun mümkünlüyünü birbaşa inkar etmədiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə