Arada kasıbın balası gedib...

İstanbulda cinayətkar qruplar arasında baş verən atışma nəticəsində, təsadüfən Özbəkistan vətəndaşı öldürülüb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə sentyabrın 7-də Özbəkistanın bu şəhərdəki Baş Konsulluğu məlumat yayıb.

Diplomatik idarənin verdiyi xəbərə görə, hadisə sentyabrın 2-də baş verib. Atışma zamanı ölən özbək Səmərqənddən Türkiyəyə gələn əmək miqrantıdır.

Belə ki, atışma nəticəsində hadisə yerinin yaxınlığında işləyən 46 yaşlı miqrant ağır yaralanıb və xəstəxanaya aparılıb.

Özbəkistan vətəndaşı təcili tibbi yardım göstərilməsinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib. Yerli polis atışmanı təşkil edən dəstə üzvlərini həbs edib. Hazırda faktla bağlı araşdırma aparılır.

İstanbuldakı Baş Konsulluğu mərhumun yaxınlarına onun cənazəsinin İstanbul hava limanından Səmərqənd bölgəsinə göndərilməsinə yardım edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə